SON XƏBƏRLƏR

“O biri otaq” sosial biznes platformasının təşkilatçılığı ilə film günü təqdim olunacaq. Bu haqda bu gün, 16 noyabr tarixində Cenublu.az xəbər verir.

Daim qonaqlarının əyləncəli vaxt keçirə bilməsi üçün cürbəcür fəaliyyətlər təşkil edən platforma bu dəfə “12 monkeys” filmini nümayiş etdirəcək. İMDB reytinqi 8 olan film “Tor coffee shop”da təqdim olunacaq.

Girişi 3 manat təşkil edən film günündə izləyicilərə popcorn və kola veriləcək.

Qeyd edək ki, kino gecəsi 19 noyabr saat 16:00-da baş tutacaq.

Qeydiyyatdan keçmək istəyənlər “O biri otaq” İnstagram hesabı ilə əlaqə saxlaya bilərlər.