SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin icra etdiyi “KəndimizMərkəzdə” layihəsinin növbəti dayanacağı məlum olub. Bu haqda xəbər nümayəndəliyin rəsmi Facebook səhifəsində paylaşılıb.

Layihə bu səfər 14 oktyabr tarixində Göyşaban kəndində keçiriləcək. Tədbir çərçivəsində layihə haqda təqdimat, intellektual və əyləncəli proqramlar, həmçinin açıq havada kino nümayiş olunacaqdır.

Tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.

Daha öncə, Lənkəran GİKM-nin təşkilatçılığı ilə “KəndimizMərkəzdə” layihəsi Bürcəlidə keçirilmişdir.