“KəndimizMərkəzdə” layihəsinin növbəti dayanacağı məlum olub. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Lənkəran nümayəndəliyi verib.
Belə ki, Boladi, Bürcəli və Göyşaban kəndlərindən sonra layihə Kənarmeşə kəndində baş tutacaq. Layihə çərçivəsində Kənarmeşə kəndində mərkəz haqqında təqdimat, əyləncəli və intellektual oyunlar, qısametrajlı filmlərin nümayişi və s. təşkil olunacaq.
Qeyd edək ki, layihə Lənkəran şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.