SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı ilə Kənarmeşədə gənclər əyləncəli və səmərəli vaxt keçiriblər. Bu haqda bu gün, 27 oktyabr mərkəzin Lənkəran nümayəndəliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“KəndimizMərkəzdə” tədbirində mərkəzin fəaliyyəti ilə bağlı foto və video formatda təqdimat nümayiş etdirilib. İntellektual sualları cavablandıran gənclərə hədiyyələr verilib.

Həmçinin tədbirdə GİKM-in Lənkəran nümayəndəliyinin sayca 5-ci qolunun açılışı elan edilib. Son olaraq isə, gənclər açıq havada qısametrajlı film izləyiblər.

Qeyd edək ki, ki tədbir Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.