SON XƏBƏRLƏR

 

“Kəndimiz Mərkəzdə” layihəsinin növbəti dayanacağı məlum olub. Bu haqda Lənkəran Gənclərinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Layihə çərçivəsində gənclər bu səfər Lənkəranın Mamusta kəndində olacaq. Mərkəzin sayca 7-ci qolu açılacağı məkanda gəncləri əyləncəli və maarifləndirici fəaliyyətlər gözləyir.

Mamusta kəndində mərkəz haqqında təqdimat, əyləncəli və intellektual oyunlar, qısametrajlı filmlərin nümayişi və s. təşkil olunacaq.

Qeyd edək ki, layihə GİKM-in Lənkəran nümayəndəliyinin “Kəndimiz Mərkəzdə” layihəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un (@farahprintshop) sponsorluğu ilə keçirilir.