SON XƏBƏRLƏR

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi üzrə Lənkəran və Astara rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq. Bu haqda məlumatı bu gün, 10 yanvar tarixində Oxu.az verib.

Layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra, vətəndaşlar turizm və xidmət sahələri üzrə peşəkar təlimlərə cəlb olunacaq.  Həmçinin, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.

Lənkəran və Astara rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər.

Qeydiyyat linki: https://forms.gle/m7dpQKdS5Lypft6a8

Qeyd edək ki, layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.