SON XƏBƏRLƏR

“Köhnə çamadanlar” adlı filmin bəzi fraqmentləri Astara və Lənkəranda lentə alınıb. Bu haqda məlumatı bu gün, 29 oktyabr tarixində Report verib.

Film 44 günlük Vətən müharibəsindəki qələbəmizin ildönümü münasibətilə çəkilib. Kinoda peşəkar aktyorlarla yanaşı hər iki müharibənin iştirakçıları – əlil və qaziləri, həmçinin sağlamlıq imkanları məhdud həvəskar aktyorlar da rol alıblar.

Qeyd edək ki, film Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə “OYUN” inklüziv teatrının birgə layihəsidir.