“O biri otaq”ın təşkilatçılığı ilə kino günü keçiriləcək. Bu haqda bu gün, 20 noyabr tarixində təşkilatçının rəsmi Facebook səhifəsində paylaşılıb.
21 noyabr saat 16:00-da “Tor coffee shop” da baş tutacaq tədbirdə “The Platform” nümayiş olunacaq. Sosyal elmi-fantastik janrında olan film qüllə kimi bir yerdə cərəyan edir.
Film izləmək istəyənlər 3 manat ödəniş etməlidirlər. Qonaqlara təşkilatçılardan popcorn və cola veriləcək. Filmin müddəti 94 dəqiqədir.
Seansın sonunda önəmli nüansları analiz edib, iştirakçılar ilə müzakirə təşkil olunacaqdır.