SON XƏBƏRLƏR

Lənkəran rayonunun şərqdə Xəzər dənizi ilə, qərbdə isə Talış dağlarının meşəliyi ilə əhatə olunması, əraziyə turistləri cəlb edir. Lənkəran çimərliklərinin qara vulkanik qumları müalicəvi əhəmiyyətə malikdir, suyu isə bütün Xəzər dənizi sahillərində ən duru sudur.

Cənublu.az Lənkəranda istirahət etmək istəyənlər üçün otellər haqqında məlumatı təqdim edir.

Otaqlar 2 nəfər üçün ən aşağı qiymətlərlə nəzərdə tutulub.

Lankaran Springs Wellness Resort

Lənkəran şəhərinin Haftoni qəsəbəsində yerləşən beş ulduzlu otel və eyni zamanda sağlamlıq sanatoriyasıdır.

  • Standart otaq səhər yeməyi daxil həftə içi – 175 manat, həftəsonu 195 manat
  • Standart otaq 3 dəfə qidalanma daxil həftə içi – 265 manat, həftəsonu 285 manat
  • Super eyvansız otaq səhər yeməyi daxil həftə içi – 195 manat, həftəsonu – 215 manat
  • Super eyvansız otaq 3 dəfə qidalanma daxil həftə içi – 285 manat, həftəsonu – 305 manat
  • Super eyvanlı otaq səhər yeməyi daxil həftə içi – 215 manat, həftəsonu – 235 manat
  • Super eyvanlı otaq 3 dəfə qidalanma daxil həftə içi – 305 manat, həftəsonu – 325 manat
  • Ailə otağı səhər yeməyi daxil həftəiçi – 235 manat, həftəsonu – 255 manat
  • Ailə otağı 3 dəfə yemək daxil həftəiçi – 325 manat, həftəsonu – 345 manat

Riva Hill Resort Lankaran

Riva Hill Resort Lənkəranda bir restoran, mövsümi açıq hovuz, bar, uşaq klubu və terası var.

  • Standart otaq – 129 manat
  • Delüks otaq – 129 manat
  • Ailə otağı (4-5 nəfərlik) – 223 manat

Luxe Lankaran Hotel

Luxe Lankaran Hotel, Lənkəran Dəmiryol Stansiyasına 2 km, Lənkəran Beynəlxalq Hava Limanına 13 km məsafədədir.

  • Standart otaq – 55 manat
  • Suit otaq – 65 manat
  • Lüks otaq – 90 manat

Khan Lankaran Hotel

Talış dağları ilə əhatə olunmuş Khan Lankaran Hotel, Xəzər dənizi sahilindən 3 dəqiqəlik məsafədədir.

Khan Lankaran Hotel, Mirəhməd Xanın tarixi evinə maşınla cəmi 10 dəqiqəlik məsafədə və Lənkəran şəhər mərkəzinə 2,5 km məsafədədir. Otel Lənkəran Qatar Stansiyasından 4 km, Lənkəran Hava Limanından 15 dəqiqəlik məsafədədir.

  • Standart otaq – 70 manat
  • Comfort otaq – 80 manat
  • Lüks otaq – 100 manat
  • Delüks otaq – 110 manat

Lənkəranda digər otellərin 2 nəfər üçün 1 gecəlik qiyməti 40-60 manat təşkil edir. Bunlara aiddir:

  • Salyut Hotel Lankaran
  • Hostel One
  • Mandarin Hotel
  • Starway Hotel