Cenublu.az şənbə günü oxucular üçün Lənkəranda “harada istirahət etmək olar” məqaləsini təqdim edir.
11 sentyabr tarixində Lənkəranın bir sıra restoranlarında canlı musiqi olacaq.
Lənkəran – Lerik yolu, Rvo kəndində yerləşən “Riva Hill” restoranında saat 19:30-da Cavid Lənkaranlı canlı musiqi ilə çıxış edəcək. Rezervasiya etmək üçün əlaqə nömrəsi: (+994) 51 697 00 00.
Həmçinin “Lankaran Springs” otelinin restoranı qonaqları üçün canlı musiqilər ifa edən solist Farid Hüseynov çıxışını təqdim edir. Rezervasiya üçün: +994 51 2359600, +994 12 5855959.
Son olaraq Lənkəran-Lerik şossesinin 8km-də yerləşən “Terrace Lankaran” restoranı hər gün saat 22:00-da başlayan diskotekalı şou proqram ilə öz qonaqlarını gözləyir. Rezervasiya üçün: (+994) 51 697 00 00.