SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Haftoni qəsəbəsi, Sultan Əliyev 1 ünvanında yerləşən “Lankaran Springs Wellness Resort” istirahət və müalicə etmək istəyənlər üçün iki növ paket təqdim edir.

“Sağlam həyat” (4 gecə/5 gün) paketinə 3 dəfə qidalanma, həkim konsultasiyası, mirvari vannası, ozon kapsula, müalicəvi vanna, aromaterapevtik massaj, ozonoterapiya daxildir. Ümumi paketin qiyməti 1 nəfər üçün – 562 manat, 2 nəfər üçün – 872 manat təşkil edir.

“İstisu güc mənbəyi” (minimum 2 gecə/3 gün) paketinə isə gündə 3 dəfə qidalanma və 2 müalicəvi prosedur (həkim məsləhətinə əsasən) daxildir. 2 gecəlik paketin qiyməti 1 nəfər üçün – 286 azn, 2 nəfər üçün isə – 446 azn təşkil edir. Bu paket cümə, şənbə və bayram günlərinə şamil olunmur.

Həmçinin, 1 oktyabr tarixinədək peyvəndi tamamlayan hər bir şəxsə otel 10% endirim təqdim edəcək.

Lənkəran-Lerik yolunda Rvo kəndində yeləşən “Riva Hill Resort” oteli  həftəiçi ən azı 3 gecə qalan müştərilərə 20% endirim təklif edir.