Lənkəranda həftəsonu canlı musiqisiz keçə bilməzdi.
Azərbaycan Respublikasının əməkdar artisti 20 noyabr tarixində Lankaran Springs Wellness Resort-da qonaqlar üçün canlı ifa edəcək. Qonaqlar Zaur Əmiraslanovun ifasında canlı musiqi sədaları ilə həftə sonu istirahətini doya-doya yaşayacaq.
Lankaran Springs Wellness Resort Haftoni qəsəbəsi, Heydər Əliyev 1 ünvanında yerləşir.
Digər canlı musiqili qonaqlama şəhərdə yerləşən Borani restoranında baş tutacaq. Qonaqlar Cəfər və Ayselin repertuarından möhtəşəm ifalar dinləyəcəklər.
Borani restoranında canlı musiqili gecələr 20-21 noyabr tarixlərində saat 19:00 – 23:00 aralığında baş tutacaqdır. Restoran Lənkəran şəhər, Qala Xiyabani 26 küçəsində yerləşir.