Lənkəranlılar həftəsonu 7-8 avqust axşamları canlı musiqi olan restoranlarda dincələ bilərlər.
Cənublu.az şəhərdə istirahət edə bilmək üçün məkanların siyahısını təqdim edir.
Riva Hill Resort-un nəznində olan “Terrace” restoranında 7 avqust saat 20:30-da Rüfət Əsədov canlı ifa ilə çıxış edəcək. Restoran Rvo kəndində yerləşir.
Qala Xiyabani 26 ünvanında yerləşən “Boranı” restoranında 7-8 avqust 19:00-da Pərvizin ifasında canlı musiqi dinləmək olar.
“Dad house” restoranında hər gün saat 19:00-22:00 aralığında canlı piano ifası olur. Restoran Haftoni qəsəbəsində yerləşir.
“Mandarin” uşaq əyləncə mərkəzi uşaqları əyləndirmək üçün əlverişli bir məkandır. Gərmətük qəsəbəsində yerləşən məkan səhər saat 9:00-dan 23:00-dək fəaliyyət göstərir. Burada uşaqlar üçün boulinq, maşın atraksiyonu və oyun aparatları var. Həmçinin, restoran da mövcuddur.
“Gənclər” mərkəzində yerləşən restoranda sizi karaoke, bilyard, tennis və başqa əyləncələr gözləyir. Mərkəz İcra Hakimiyyətinin binasının yaxınlığında yerləşir.