SON XƏBƏRLƏR

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Lənkəranda vətəndaşları qəbul edəcək. Bu haqda bu gün, 3 oktyabr tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

Görüş 10 oktyabr saat 10:00-da Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 16 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. Nazir Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək.

Adıçəkilən rayonlarda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı, eləcə də poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlər haqda müzakirələr aparılacaq.

Nazir Rəşad Nəbiyevin qəbuluna yazılmaq üçün 9 oktyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), eləcə də 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək olar.