Lənkəranda gənclərin biliklərini inkişaf etdirmək məqsədilə intellektual turnir keçiriləcək. Bu haqda bu gün, 25 fevral tarixində Cenublu.az Lənkəran klubuna istinadən xəbər verir.
“İdeyanı reallaşdır – 2022” qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi qazanmış müsabiqə 28 fevral saat 10:00-da baş tutacaq. Oyun Heydər Əliyev Mərkəzində keçiriləcək.
Xəmsə Milli İntellektual Oyunu formatında baş tutacaq bu turnirdə qalib komanda kubok və diplomla təltif olunacaq. Turnirdə iştirak etmək istəyən şəxslər 5 nəfərdən ibarət komandalarını toplayaraq təşkilatçılarla əlaqə saxlaya bilərlər.
Əlaqə: Ramal Ağazadə +994(55)-683-69-30 (WhatsApp).
Qeydiyyat üçün son tarix: 27 fevral, 12:00.