SON XƏBƏRLƏR

İbtidai sinif müəllimlərinə peşəkar metodiki dəstək mövzusunda seminar keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 fevral tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.

Seminar 4 mart saat 10:00-da Masallı şəhər Mədəniyyət mərkəzində Masallı və Yardımlı müəllimləri üçün, 5 mart saat 10:00-da isə Cəlilabad şəhər Heydər Əliyev mərkəzində Cəlilabad ibtidai sinif müəllimləri üçün keçiriləcək.

Seminarın təşkil olunmasında əsas məqsəd ibtidai təhsil səviyyəsində fənlərin tədrisi və sinifdaxili münasibətlərin idarəolunması metodikası ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsidir.

Qeyd olunan rayonlar üzrə seminarda iştirak etmək istəyən ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri məktəb rəhbərləri vasitəsilə rayon təhsil sektorundan qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, seminar Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.