SON XƏBƏRLƏR

5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Milli parklarda “açıq qapı” günü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verir.

Belə ki, fürsətdən istifadə edərək bu əlamətdar gündə ziyarətçilər zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan Hirkan və Qızılağac Milli parklarını ödənişsiz ziyarət edə bilərlər.

Qeyd edək ki, 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi bütün dünyada “Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” kimi qeyd edilir.