SON XƏBƏRLƏR

Masallıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Masal prodakşn”ın istehsalı olan “Heydər Əliyev və Masallı” adlı sənədli filmin təqdimat mərasimi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.

Təqdimat mərasimi 8 noyabr saat 11:00-da Masallı “ASAN həyat” kompleksində yerləşən “Cinema Time” Kino Klubunda keçiriləcək.

Ekran əsərində əslən Masallıdan olan Xalq yazıçısı Elmira Axundova, Əməkdar jurnalist Vasif Səmədov, millət vəkilləri – professor Anar İsgəndərov, Məşhur Məmmədov, texnika elmləri doktoru Qasıməli Qasımov və digər ziyalılar ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyevdir.