SON XƏBƏRLƏR

Lənkəranda keçirilən “Heydər Əliyev kuboku” adlı intellektual yarış yekunlaşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Oyun Olimpiya İdman Kompleksində Lənkəran, Astara, Yardımlı, Masallı, Lerik, Cəlilabad rayonlarından olan ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilib. Burada adıçəkilən rayonların hər birindən 2 komanda iştirak edib.

Yarışın nəticələrinə əsasən, Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin komandası III yerə, Əbülfət Musayev adına Lerik rayonu Vizəzəmin kənd tam orta məktəbinin komandası II yerə, Həzi Aslanov adına Lənkəran şəhər 3 nömrəli orta məktəbinin komandası isə I yerə – “Heydər Əliyev Kubok”una layiq görülub.

Qaliblərə, həmçinin diplomlar və medallar təqdim edilib. Digər iştirakçılara isə həvəsləndirici diplomlar təqdim olunub.

Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə baş tutub.