Lənkəranda kitab sərgisi keçiriləcək. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin “Secret” Kitab Evi ilə birgə təşkil etdiyi sərgi 5-7 may tarixlərində Heydər Əliyev adına xatirə parkında baş tutacaq. Sərgidə 30-a yaxın nüfuzlu nəşriyyat evinin minlərlə kitabı təqdim olunacaq.
Həmçinin sərgi müddətində müxtəlif müsabiqələr, hədiyyələr, tanınmış yazarlarla görüşlər və imza günləri keçiriləcək.