“O biri otaq”ın təşkilatçılığı ilə art-terapiya təşkil olunacaq. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az xəbər verir.
7 may saat 14:00-da baş tutacaq tədbirdə iştirakçılar öz daxili dünyalarına səyahət edə biləcəklər. Art-terapiya zamanı gündəlik həyatda qarşılaşdığımız stres, travma, qorxu, güvənsizlik və narahatlıq kimi mənfi emosional vəziyyətlərdən xilas olmağa çalışılacaq.
Moderator Həsən Bədəlovun iştirakı ilə keçiriləcək tədbirə giriş 3 manat təşkil edir. Gərəkli boyalarla və rəsm kağızı ilə təmin olunacaqsınız.
Qeydiyyat üçün əlaqə nömrəsi: 050 531 92 94.