Lənkəranda bu ilin ən yaxşı filmi kino gecəsində nümayiş olunacaq. Bu haqda bu gün, 24 mart tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.
Oskar mükafatı qazanmış “Hər Şey Hər Yerdə Eyni Anda” (Everything Everywhere All At Once) “Tor coffee shop”da təqdim olunacaq. Kino gecəsi 26 mart saat 15:00-da təşkil olunacaq.
Filmin mövzusu: Qeyri-adi bacarıqlar əldə etmiş Evelin eyni anda minlərlə həyat yaşaya bilir və paralel dünyalarda səyahət edir. Lakin bu bacarıqları o səbəbsiz yerə əldə etməyib — paralel dünyaları böyük bir təhlükə gözləyir və bunu yalnız Evelin durdura bilər!
Qeydiyyat üçün: 050 531 92 94.