SON XƏBƏRLƏR

ABŞ-nin Azərbaycandakı Səfirliyinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Technovation for Azerbaijan” adlı İnformasiya Texnologiyaları və Kompüter elmləri üzrə təlim proqramı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 oktyabr tarixində verir.

Təlim proqramında Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonundan olan, informasiya texnologiyası və kompüter elmləri ilə maraqlanan, gələcəkdə bu sahədə peşəkar olmaq istəyən 15-21 yaş arası gənclər iştirak edə bilər.

Kompüter təlimi – 1,5 ay, Mentorluq təlimi isə 1 ay davam edəcək. Təlim 16 sessiyadan ibarət olmaqla həftənin şənbə və bazar günləri keçiriləcək. Təlim Lənkəranın məktəblərinin birində keçiriləcək. Məkanla bağlı əlavə məlumat iştirakçılara göndəriləcək. Yol xərcləri layihə tərəfindən qarşılanır. Təlimdə iştirak tam ödənişsizdir.

Qeydiyyatdan keçmək üçün son müraciət tarixi 14 oktyabrdır.

İştirak etmək istəyənlər üçün link.

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə