SON XƏBƏRLƏR

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 yanvar tarixində nazirliyə istinadən verir.

Belə ki, həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

Qeyd edək ki, 2 fevral tarixi Prezident Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən Azərbaycan Gəncləri Günüdür kimi qeyd edilir.