SON XƏBƏRLƏR

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimlər arasında “Zəfər Günü”nə həsr edilən intellektual yarış keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Yarışmaya Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən, habelə 8 ilə qədər pedaqoji təcrübəsi olan, yaşı 35 yaşa qədər olan gənc müəllimlər qatıla bilərlər. Hər rayon üzrə sadəcə 1 komanda iştirak edə bilər.

Yarış Lənkəran şəhər Gənclər Mərkəzinin 3-cü mərtəbəsində 6 noyabr saat 10:00-da baş tutacaq. Müraciət üçün link. Əlavə məlumat üçün: (050) 727-28-91 – Faiq Şıxəlizadə.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi gənc müəllimlərin dünyagörüşünün, intellektuallığının artırılması və gənc müəllim şəbəkəsinin genişləndirilməsidir.