SON XƏBƏRLƏR

Astarada ilk dəfə olaraq “Gənclərin İnkişaf Forumu” keçiriləcək. Bu haqda məlumat Gənclərin İnkişafl və Karyera mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

“Mütaliə etmək inkişafımız üçün nə qədər zəruridir?” mövzusu altında keçiriləcək forumun moderatoru millət vəkili və ürək-damar cərrahı Rəşad Mahmudov olacaq.

Həmçinin, millət vəkili Etibar Əliyev forumun spikeri olacaq.

Forum 2 oktyabr saat 11:00-da Astara şəhər Z.Bünyadov adına 2 saylı tam orta məktəbin akt zalında keçiriləcək.

İştirak etmək üçün aşağıdakı linkdə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

https://forms.gle/EamB2Cy6SiZdvEwYA