Gənclərin İnkişafı və Karyera Mərkəzinin Astara nümayəndəliyinin 4 – 10 oktyabr tarix aralıqları üçün nəzərdə tutduğu həftəlik planını təqdim edib. Bu haqda bu gün, 4 oktyabr tarixində mərkəzin rəsmi İnstagram hesabında paylaşılıb.
4 oktyabr saat 15:00-da nümayəndəlik tərəfindən “Vətənpərvərlik klubu” tədbiri keçiriləcək. Astara Rayon Mədəniyyət mərkəzində şəhid stendləri ziyarət ediləcək.
Əməkdar müəllim Heybət Hüseynov ilə keçirilən görüş “Bizdən sonra siz” layihəsi çərçivəsində 5 oktyabr saat 15:00-da baş tutacaq.
“Microsoft Word” biliklərini artırmaq istəyən gənclər 6 oktyabr saat 15:00-da baş tutacaq “Start İT” layihəsində iştirak edə bilərlər.
7 oktyabr mərkəz tərəfindən “İdman klubu” layihəsi çərçivəsində futbol oyunu təşkil olunacaq. 8 oktyabr saat 15:00-da “Mən Qarabağam” tədbiri zamanı işğaldan azad olunmuş rayonlar barəsində təqdimatı keçiriləcək.
Ətraflı məlumat əldə etmək istəyənlər üçün:
Astara GİKM instagram səhifəsi – @astaragenceleri