SON XƏBƏRLƏR

Lənkəranda gənc liderlərin yetişdirilməsi və könüllülüyün gücləndirilməsi proqramı başlayacaq. Bu haqda Gənclərin İnkişafı və Karyera mərkəzinin rəsmi İnstagram hesabında paylaşılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Gənclərin Karyera və İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “İdeyadan fəaliyyətə” adlı proqramda Lənkərandan 17-29 yaş aralığında olan 15 nəfər gənc seçilərək təlim proqramlarına cəlb olunacaq.

Layihə cərcivəsində gənclər “layihələrin idarə edilməsi”, “strateji planlama”, “komandanın təşkili”, “effektiv kommunikasiya”, “büdcənin idarə edilməsi”, “fandreyzinq” və s. mövzuları öyrənəcəklər.

Proqram zamanı iştirakçılar öyrəndiklərini praktiki şəkildə tətbiq edəcəklər. Sonda gənclər könüllülük təşəbbüslərini əks etdirmək və öz icmalarının gələcək fəaliyyətlər üçün uzunmüddətli fəaliyyət planı hazırlayacaqlar.

Qeydiyyat üçün link: https://docs.google.com/forms/d/e/1FAIpQLSdPqFIVqAPFWvjMoUS6bIqXfhVlHEJZKhBCInT8d7DQVTmomg/viewform

Proqrama müraciət etmək üçün son tarix 19 sentyabrdır.