SON XƏBƏRLƏR

Gəlirlərini və xərclərini planlamaq istəyənlər üçün 10 sentyabr saat 14:00-da təlim keçiriləcək. Bu haqda Lənkəran KOB İnkişafı Mərkəzi rəsmi facebook səhifəsində paylaşım edib.

Təlimçi İlkin Muradov tərəfindən “Gəlir və xərclər planı-Maliyyə” mövzusunda təlim əyani olaraq Lənkəran KOB mərkəzində baş tutacaq.

İştirak etmək istəyənlər qeyd olunan linkə daxil olaraq, qeydiyyatdan keçməlidirlər: https://forms.gle/8MzjhFd8QgDb9jbc9

Ətraflı məlumat almaq üçün +994 77 271 25 00 nömrəsi ilə əlaqə saxlamaq olar.

Ünvan: Lənkəran, professor H.Abdullayev küçəsi 7

Masallı Gənclər Evi
Sizi maraqlandıran

Masallı: “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi

Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində verir. Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçiriləcək

Foto açıq mənbələr
Aktual

Tarix yazan müəllimlərimizi tanıyaq

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Cenublu.az Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman müəllimlər haqda məlumat verir.