SON XƏBƏRLƏR

 

Gənclərin Karyera və İnkişaf mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyi art-terapiya üzrə təlim keçirdib. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinin sakinləri üçün keçirilən təlimin məqsədi incəsənət vasitələrinin köməkliyi ilə gənclərin öz arzularını rahat şəkildə ifadə etmək bacarığını artırmaq, sevinclərini paylaşmaq, qorxularından azad olmaq, yeni bilik və bacarıqları aşılamaqdan ibarətdir.

Təlimdə müxtəlif metodlardan istifadə edərək qorxuların idarəolunan vəziyyətə gətirilməsini izah edilib və praktiki məşğələlər keçirilib.

Qeyd edək ki, təlim GİKM-in Lənkəran nümayəndəliyinin əməkdaşı Kənan Əhmədbəylinin fasilitatorluğu ilə baş tutub.