Astarada “ƏdiblərimİZ” layihəsi çərçivəsində 16 sentyabr tarixində gənclər görüş keçirəcək. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin rəsmi İnstagram səhifəsində paylaşılıb.
Saat 11:00-da keçiriləcək görüşdə gənclər “Cənnətin ətri”, “Poemaniya”, “Otaq yoldaşım pinti” kitablarının müəllifi olan Elmar Şahbazovu daha yaxından tanıyacaqlar.
Qeyd edək ki, görüş Astara Heydər Əliyev mərkəzində keçiriləcək.
Qeydiyyatdan keçmək istəyənlər linkə daxil olararaq anketi doldurmalıdırlar: https://docs.google.com/forms/d/e/1FAIpQLScPlrYAkeHs0TdmVwr438mN_bDydcAblJy-YRJ1458TJ29H1Q/viewform
Astaranın GİKM tərəfindən bu həftə ərzində keçiriləcək tədbirlər haqda Cenublu.az məlumat vermişdir.