SON XƏBƏRLƏR

Cənublu gənclərin də iştirak edə biləcəyi “Gənc kadr” təcrübə proqramı başlayır. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Astara nümayəndəliyi verib.

Belə ki, 14-29 yaş arası gənclər 4 istiqamət üzrə 3 aylıq proqrama müraciət edə bilərlər. Bunlar: ictimaiyyətlə əlaqələr və sosial media, tədbirlər və layihələr, təlim-tədris və könüllülərlə işin təşkili proqramlarıdır. Son müraciət tarixi 11 noyabrdır.

Müraciət edən gənclər nümayəndəliklərdə çalışan mütəxəssislər tərəfindən işin dərinliklərini öyrənəcəklər, mütəmadi təlim proqramlarında və layihələrdə iştirak edəcəklər, gənclərlə daim ünsiyyətdə olub, gənclərlə iş sahəsi üzrə təcrübə qazanacaqlar.

Qeydiyyat üçün link: https://gikm.az/tecrube-proqramlari/