SON XƏBƏRLƏR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyevin biblioqrafik göstəricisi nəşr olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.

Göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1965-2021-ci illəri əhatə edən elmi əsərlərini və onun haqqında yazılmış mənbələri əks etdirir.

Biblioqrafik təsvirdə alimin nəşr etdirdiyi kitabları, elmi məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, habelə redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haqqında olan mənbələr yer alıb. Həmçinin alimin həyatının əsas tarixləri göstərilib, ictimai və elmi-pedaqoji fəaliyyəti haqqında qısa oçerk, görkəmli elm xadimlərinin alim haqqında yazıları öz əksini tapıb.

“Elm” nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçisi Nərgiz Novruzova və Elnur Həsənzadədir.