SON XƏBƏRLƏR

Azərbaycanda nadir olan bir avtomobil var ki, o, Lənkəranda – sənətkar Cavad Rəcəbovdadır.

Cavad Rəcəbov müsahibəsində bildirir ki, “Cadillac Concours” avtomobilinin məhz bu modeli dünyada az sayda buraxılıb. Azərbaycanda isə yalnız ondadır. O bildirir ki, bu avtomobil 1998-ci ildən ondadır.

“1998-ci ildən bu günə qədər mənim dostumdur. Çox istəyirəm bu maşını. Bu maşın ürəyimə yatır. Klassik modeldir, Amerika istehsalıdır. Bu, əldə yığılan maşındır. Dünyada az sayda buraxılıb senatlar və əmirlər üçün”.

“Son bu 5 ildə mühərriki dağılmışdı. 5 ildir sürmürdüm.Mühərrikinin ehtiyat hissələrinin yarısını Amerikadan, yarısını Dubaydan, yarısını Pribaltikadan, yarısını Rusiyadan, yarısını Almaniyadan gətizdirdim. Külli miqdarda vəsait xərclədim, amma peşman deyiləm”.

Daha sonra sənətkar bu yaxınlarda başına gəlmiş bir əhvalatı danışıb.

“Gördüm, bir maşın arxamca düşüb. Keçir sağa, keçir sola. Mən Bakıdan “raboçiy” prospektə gedənə qədər bu mənim dalımca gedir. Axır dayandım, şüşəni açdım. Məni tanımadı. Deyir, qardaş, bu maşını satırsan? Dedim, xeyr. Dedi, bəlkə, satarsan? Dedim, qardaş, satmıram. Dedi, sənə açıq çek verirəm, özün məbləği yaz, ver mənə. Dedim, qardaşım, satmıram. Baxdı, vizitkasını atdı, dedi əgər satmaq fikrin oldu, mənə verərsən. Amma mən bunu satan deyiləm. Inan ki, BMW-m də var, S-klassım da var, yeni modeldilər. Bunun rahatlığını verən maşın yoxdur. Inan ki, Lənkərandan Bakıya elə bil ki, 5 kilometr sürürsən”.

Sonda sənətçi vurğulayıb ki, dünyanın bir çox ölkələrində olsa da, rastına heç vaxt bu model avtomobil çıxmayıb.