Dünyaca məşhur “Wilderness cooking” Youtube kanalının sahibi, məşhur aşpaz Təvəkkül Aslanov Masallıda hind quşu ləvəngisi bişirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 mart tarixində verir.
“Azərçay”ın dəstəyi ilə Novruz bayramına özəl olaraq hazırlanmış buraxılışda cənub zonasının sevilən yeməyi olan ləvəngi torpağın altında bişirilib. Məşhur aşpaz Təvəkkül Aslanovu qarşılayan “Talış nənələri” ona Novruz bayramı münasibətilə “Azerçay” hədiyyə ediblər.