Akademik Milli Dram Teatrının truppası Abdulla Şaiqin “Danışan gəlincik” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə Lənkərana qastrol səfərinə gələcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.
Birhissəli musiqili nağıl-tamaşa Əməkdar artist, rejissor Loğman Kərimovun quruluşunda səhnəyə qoyulub.
Kasıb və varlı iki ailədən bəhs edən bu tamaşa 24 aprel saat 14:00-da Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.
Biletləri teatrın kassasından əldə etmək olar. Qiymət 3 manat təşkil edir.
Ətraflı məlumat üçün: (+994) 51 601 31 40; (025) 5 49 73.