Dövlət Məşğulluq Agentliyinin 15 nömrəli Ərazi Məşğulluq filialı Lənkəran və Astara rayonları üzrə işə qəbul elan edir.
Əsas vəzifələr:
- Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq filiallarına müraciət edən şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
- İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
- Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə yardımın göstərilməsi;
- Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlərin görülməsi;
- Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması və onların qəbul edilməsi;
- Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərinin göstərilməsi;
- Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi;
- Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
- Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.
Namizədə olan tələblər:
- İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələrdə bakalavr təhsili;
- İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. İsmarıc göndərən zaman mövzu bölməsinə vəzifənin adını və rayonu qeyd etmək mütləqdir.
Elanın bitmə tarixi 1 yanvar 2022-dir.