SON XƏBƏRLƏR

V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin yuxarı sinif şagirdləri Dövlət Arxivinin Lənkəran filialında ekskursiyada olublar. Bu haqda məlumatı bu gün, 14 dekabr tarixində Azertac verib.

Dövlət Arxivinin Lənkəran filialının direktoru şagirdlər qarşısında çıxış edərək arxivin əsas iş fəaliyyəti istiqamətləri, o cümlədən filialın əhatə etdiyi Astara, Lerik, Yardımlı və Masallı rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi, rəqəmsallaşdırılması və elektron xidmətlər haqqında ətraflı məlumat verib.

Sonra filialın arxivçisi şagirdləri arxivdə sənədlərin mühafizə şəraiti ilə əyani tanış edib, onları maraqlandıran sualları cavablandırıb.