SON XƏBƏRLƏR

Lənkəranlı şagird “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsində fəal iştirakına görə Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb. Bu haqda bu gün, 16 dekabr tarixində Azərtac-da paylaşılıb.

Lənkəran şəhər 4 nömrəli məktəbin şagirdi Zeynəb İsmizadə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda təbliğatla bağlı nəzərdə tutulmuş tədbirlər çərçivəsində təşkil olunmuş müsabiqədə fərqlənib.

Baş Polis İdarəsi tərəfindən hazırlanmış “Təşəkkürnamə” Zeynəb İsmizadəyə  və Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyevanın fəal iştirakına görə diplomlar təqdim edilmişdir.