SON XƏBƏRLƏR

Gənclər evləri və mərkəzlərinin əməkdaşları üçün Macarıstanın Budapeşt şəhərində təcrübə və təlim imkanı yaranıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyul tarixində Masallı Gənclər Evinə istinadən verir.

18-22 iyul tarixlərində Avropa Gənclər Mərkəzində keçiriləcək təlim-seminarda Azərbaycanın gənclər evlərinin əməkdaşları Avropa Şurasının gənclər mərkəzlərinin fəaliyyətinə dair yanaşmaları və standartları, insan hüquqları və vətəndaşlıq təhsili sahəsində maarifləndirici tədbirlərin planlaşdırılması və Avropa Şurasının Gənclər Mərkəzlərinə verdiyi Keyfiyyət Etiketinin əldə edilməsinin meyarları ilə tanış olacaqlar.

Təlimə qoşulmaq üçün namizədlər aşağıdakı tələblərə uyğun olmalıdırlar:

  • Gənclər Evinin əməkdaşı olmalı;
  • təlim-seminardan əldə edəcəyi biliyi öz işində istifadə etməyə motivasiyalı olmalı;
  • digər iştirakçılarla əlaqə qurmaqda maraqlı olmalı;
  • namizədin iştirakı çalışdığı müəssisə tərəfindən dəstəklənməli və bunun üçün tövsiyə məktubu təqdim olunmalı;
  • təlim-seminar müddətində sessiya və məşğələlərdə aktiv iştirak etməli;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı.

Müraciət üçün son tarix: 10 iyun 2022-ci il saat 18:00.

Qeydiyyat linki: https://bit.ly/3zbKA45

Əlavə məlumat üçün: [email protected][email protected] imeyil adreslərinə müraciət etmək olar.

Əlaqə nömrəsi: +994 12 465 21 55.