SON XƏBƏRLƏR

Cənub rayonlarında oduncaq tədarükü ilə bağlı sualları olan sakinlər üçün görüş keçiriləcək. Bu haqda bu gün, 28 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Dinləmələr 29 may tarixində Masallı, Astara və Cəlilabad rayonlarında keçiriləcək. Sakinlər onları maraqlandıran sualları görüş zamanı aidiyyəti üzrə ünvanlandıra biləcəklər.

Görüşlər Masallıda Ninəlov və Güllütəpə kəndlərində, Cəlilabadda Fətullaqışlaq kəndində, Astarada Əsxərənəkan və Siyaku kəndlərində keçiriləcək.

Masallı və Cəlilabad rayonları üzrə sualları olan sakinlər əlaqələndirici şəxs Fizuli Məmmədova müraciət edə bilərlər. Telefon: 055 900 53 13

Astara rayonu üzrə müraciət etmək istəyən sakinlər isə əlaqələndirici şəxs İlham Ağayevə müraciət edə bilərlər. Əlaqə nömrəsi: 050 534 67 62, 050 634 67 62.