Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 11-ci siniflərinin buraxılış imtahanlarında rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər bəlli olublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində verir.
Belə ki, ən yüksək – 293,8 bal Masallı rayonu, Boradigah qəsəbə N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbin şagirdi Solmaz Tağı qızı Əliyeva toplayıb.
Lənkəran şəhər R.Bədəlov adına 9 nömrəli tam orta məktəbin şagirdi Aytac Mehman qızı Abdullayeva imtahanda 288,8 bal toplayıb.
Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin şagirdi Əli Musa oğlu Nağıyev 287 bal, Astara rayonu Siyaku kənd tam orta məktəbin şagirdi Ramal Niyaməddin oğlu Dadaşov 284 bal yığıb.
Yardımlı şəhər M.F.Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdi Leyla Bəhruz qızı Nəbizadə 283 bal, Lerik rayonu M.Qafarov adına Siyov kənd tam orta məktəbin şagirdi Əliyar Nəriman oğlu Bayramov isə 264,6 bal toplayıb.