SON XƏBƏRLƏR

Gənclər üçün qeyri-formal təhsildə şəbəkələşmə təlimi təşkil olunacaq. Bu haqda bu gün, 7 sentyabr tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

28-30 sentyabr tarixlərində keçiriləcək təlimlər Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurasının Gənclər Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq. Qeyd olunan tarixlərdə gənc işçilər və təlimçilərə seminar keçiriləcək.

Onlayn ərizə ilə yanaşı, müraciətçilər CV və müvafiq sertifikatı/sertifikatları (təlimlərdə iştiraka dair) [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Təlimdə iştirak etmək istəyənlər 15 sentyabr saat 18:00-dək müraciət etməlidirlər: https://bit.ly/3B28rnq

Əlaqələndirici şəxs: Zülfiyyə Mustafayeva – Gənclərlə iş şöbəsinin məsləhətçisi: +99412 465-21-55.