SON XƏBƏRLƏR

Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvarda yaşayan 15-30 yaşlı xanımlar üçün “Birlikdə Bacara Bilərik / Qadınlar STEM-də” adlı inkişaf proqramı baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 noyabr tarixində verir.

İnkişaf proqramının keçirilməsində məqsəd STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və karyerasını bu sahədə qurmaq istəyən qadınlara dəstək olmaqdır.

Üç ay davam edəcək layihə müddətində iştirakçılara STEM ilə yanaşı, interaktiv təlim sessiyaları təşkil ediləcək. Burada karyera planlaması, peşəkar inkişafı üçün lazım olan digər çevik bacarıqların aşılanması barədə ekspert mentorlar tərəfindən məlumat veriləcək.

Qeydiyyat üçün 20 noyabr saat 23:59-dək linkə keçid etmək lazımdır.

Əlavə məlumat üçün [email protected] elektron ünvanına yazmaq və ya (+994) 51 476 54 78 nömrəsi ilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, “SmartNation” platforması tərəfindən həyata keçirilən bu layihə Rumıniya səfirliyinin maliyyə dəstəyi və BMT İnkişaf Proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.