Cəlilabadlı məktəbli ABŞ-nin ən böyük məntiq olimpiadası sayılan FİSO Məntiq Olimpiadasında medal qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.
Belə ki, Cəlilabad şəhər 8 saylı Texniki və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 8-ci sinif şagirdi Sadıqlı Ayxan Ramil oğlu FİSO-da biologiya üzrə qalib olaraq bürünc medal qazanıb. O, növbəti mərhələdə iştirak üçün ABŞ-yə yollanacaq.
Qeyd edək ki, Ayxanın biologiya müəllimi Aytən Əliyevadır.