SON XƏBƏRLƏR

Xarıbülbül may-iyun aylarında bitir. Ömrü bir aydır. Qoxusu yoxdur. Kökü kartof bitkisinin kökünə oxşayır, gövdəsinin uzunluğu altmış-yetmiş santimetrə çatır. Üstündə beş-yeddi çiçəyi olur. Çiçəklərinin açılması da özü kimi qəribədir bu gülün. Hər gün aşağıdan yuxarıya doğru çiçəkləri açılır. Hamısı açılandan sonra yenə də aşağıdan yuxarıya sarı gündə biri solmağa başlayır.

Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilib. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Azərbaycanda Vətən müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilməklə yanaşı, həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır.

Xarıbülbül öz doğma vətənindən, öz torpağından başqa yerdə bitmir. Çoxları bu çiçəyin vətənini, torpağını dəyişməyə səy göstəriblər. Onu köklü-köməcli çıxarıb başqa yerdə əkmək üçün aparsalar da, bu, nəticə verməyib. Amma xarıbülbülün cənub rayonlarına doğru yayılması, xüsusilə də Cəlilabad rayonunun 10-dan çox kəndində bitməsi insanların marağına səbəb olub.

Azərbaycan təbiəti üçün endemik bitki hesab olunan və əsl adı Qafqaz Qaş Səhləbi olan Xarıbülbül “Qırmızı kitab”a daxil edilib.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman