Cəlilabad rayonunda Zəfər Günü münasibətilə vətənpərvərlik mövzusunda çəkilmiş film təqdim olunub. Bu haqda bu gün, 1 noyabr tarixində Cenublu.az xəbər verir.
Belə ki, təqdimat mərasimi Sərhədabad kənd tam orta məktəbinin akt zalında baş tutub. Burada 100 nəfərdən ibarət şagird və müəllim kollektivi iştirak edib.
Qeyd edək ki, tədbir “Yaşasın Azərbaycan” adı altında hazırlanmış tədbirlər planına əsasən təşkil olunub.