SON XƏBƏRLƏR

Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 7 nömrəli tam orta məktəbİNdə antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.

“Narkomaniya ümumbəşəri bəladır!” devizi altında keçirilən tədbirdə çıxış edən Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Polad Qarayev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığI baxımından ciddi təhlükə törədir. Şöbə rəisi qeyd edib ki, sözügedən problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə qurulmasıdır.

Sonra müzakirə olunan mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.