Cəlilabadda “Heydər Əliyev ili” çərçivəsində möhtəşəm konsert proqramı təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
Konsert 10 may 2023-cü ildə saat 17:00-dan 21:00-dək Heydər Əliyev Seyrəngahında baş tutacaq. Tədbirin aparıcısı Əkbər Əlizadə olacaq, Əməkdar artistlər Ruhəngiz Musəvi, Elza Seyidcahan, Cavanşir Məmmədov, Firuzə İbadova, Elnarə Abdullayeva, müğənnilər Əlikram Bayramov və Rəvan Qaçayev konsertdə çıxış edəcəklər.
Cəlilabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin sonunda atəşfəşanlıq təşkil olunacaq.