SON XƏBƏRLƏR

Cəlilabadda keçiriləcək çiyələk festivalının proqramı bəlli olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 may tarixində verir.

Belə ki, 20 may saat 10:00-dan 21:00-dək Cəlilabad rayonu Heydər Əliyev Seyrəngahında baş tutacaq festivalda nərd, güləş, qol güləşi və karate yarışları keçiriləcək. Yarışlar saat 13:00-da başlayacaq.

Qeyd edək ki, festivala giriş ödənişsizdir.